Orbandan İsveç açıqlaması: Türkiyə ilə razılığa gəlmədik

  • By admin
  • 21 Dekabr 2023 16:23

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkəsi ilə Türkiyə arasında İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi ilə bağlı razılıq yoxdur.

Gununsesi.info xəbər verir ki, Orban Macarıstan parlamentinin üzvlüyün təsdiqlənməsi üçün səsvermənin vaxtına qərar verəcəyini açıqlayıb.

Macarıstan lideri həmçinin bildirib ki, “hakim partiyanın deputatları arasında İsveçin üzvlüyünü təsdiqləmək üçün böyük iradə yoxdur”.

İsveçin NATO-ya üzv olması üçün Türkiyə və Macarıstanın razılığı lazımdır.

Ərdoğan İsveçin NATO-ya üzvlük qanun layihəsini təsdiqləyərək, Türkiyə Böyük Millət Məclisinə göndərib. Qanun layihəsi hələ də parlamentdədir.

Gununsesi.info