Orbandan parlamentə İsveçlə bağlı çağırış

  • By admin
  • 25 Yanvar 2024 07:46

Macarıstan İsveçin NATO-ya üzvlüyünə dair sənədi ratifikasiya edə bilər.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, ölkənin Baş nazir Viktor Orban parlamenti İsveçin NATO-ya üzvlüyünə dair sənədi tez bir zamanda ratifikasiya etməyə çağırıb.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Gununsesi.info