Ördək ölümünə görə iki qardaş bıçaqlandı, DAHA BİR QOHUMU İSƏ...

  • By admin
  • 29 Mart 2018 15:30

Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşın bıçaqlanmasıyla nəticələnmiş hadisə araşdırılır. Ördək ölümünə görə mübahisədən başlayan bu hadisə səbəbindən məhkəmə qarşısına çıxarılan isə elə zərərçəkmişlərin öz qohumu, qardaşlardan birinin qaynıdır.

Gununsesi.info xəbər verir ki, hadisə Bakının Balaxanı qəsəbəsində baş verib. Cinayət işi materiallarında yazılıb ki, zərərçəkmiş qardaşlardan biri olan Bəhram Əlixanov işdən qayıdarkən həyətdəki ördəklərdən birinin öldüyünü görüb. Buna görə də həyat yoldaşı ilə mübahisə edib, onu vurub. Hadisədən qadının qardaşı Pərvin Məmmədov xəbər tutub, bacısının döyülməsinə görə yeznəsinə irad bildirib. Nəticədə onunla Bəhram Əlixanov və qardaşı Surət Əlixanov arasında dava düşüb.  Əlbəyaxa davada onlar yenidən söhbətləşmək üçün bir müddət sonraya məktəbin həyətində görüş təyin ediblər. Amma Pərvin Məmmədov görüş yerinə getməyib. Əlixanov qardaşları onun yaşadığı  evə gəliblər.

Pərvin Məmmədov onların qarşısına əlində taxta parçası ilə çıxıb. Bacısının həyat yoldaşı həmin vaxt onu butılka ilə vurub. Nəticədə yeəoları arasında dava başlayıb. Bu zaman Pərvin Məmmədov mətbəx bıçağı ilə bacısının həyat yoldaşını və onun qardaşını vurub.

Pərvin Məmmədov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. O, məhkəməyə ifadəsində özünü qismən təqsirli bilib. Bildirib ki, ona qarşı irəli sürülən maddə ağırdır, hərəkətinə adekvat deyil: “Mən bunu xuliqanlıqniyyətiilə eləməmişəm”.

Martın29-da məhkəmədə prokuror Pərvin Məmmədova 7 il həbs cəzası verilməsini istəyib. Zərərçəkmiş qardaşlar isə ondan şikayətçi olmadıqlarını,barışdıqlarını bildiriblər.

Gülər

Gununsesi.info