İran Silahlı Qüvvələri maksimum döyüş hazırlığı vəziyyətindədir, ölkəyə istənilən hücuma və ya təxribata cavab verəcək.
Gununsesi.info xəbər verir ki, bunu İranın müdafiə naziri vəzifəsini icra edən general-mayor Məcid bin əl-Rza deyib.
“İstənilən ssenariyə hazırıq, Silahlı Qüvvələr maksimum döyüş hazırlığı vəziyyətindədir. İstənilən təcavüz və ya təxribat aktına sərt və qətiyyətli cavab veriləcək”, – general bildirib.












