Nigeriya Hərbi Hava Qüvvələrinin (HHQ) Kaduna əyalətində bir kəndi səhvən bombalaması nəticəsində 85 nəfərin həyatını itirdiyi açıqlanıb.
Gununsesi.info-nun xarici KİV-ə istinadən məlumatına görə, Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) verdiyi açıqlamada xatırladılıb ki, dekabrın 3-ü axşam saatlarında kənd sakinləri Mövlud şənliyinə toplaşarkən Kaduna əyalətinin Tudun Biri kəndində bir NAF təyyarəsi kəndi bombalayıb.
“Şimal-Qərb Regional İdarəsi yerli hakimiyyət orqanlarından öyrənib ki, indiyədək 85 meyit basdırılıb və axtarışlar hələ də davam edir”, – məlumatda deyilir.
Tudun Biri kəndinin rəsmilərindən Mallam Camalu həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqların olduğunu qeyd edərək, hadisə nəticəsində 50-dən çox insanın yaralandığını bildirib. Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğunu bildirən Camalu ölənlərin sayının artacağından narahatlığını ifadə edib.