Ordudakı itlərə hərbi rütbələr veriləcək

  • By admin
  • 24 Noyabr 2023 15:30

Polşa silahlı qüvvələrinin xidməti itləri hərbi rütbələr alacaqlar.

Gununsesi.info bildirir ki, bu barədə Polşa Baş Qərargahının saytında məlumat verilib.

Məlumata görə, K-9-un (hərbi itlər xidməti – red.) Polşa ordusunun döyüş əməliyyatlarında rolunu tanımaq üçün əsgərlər itlərə hərbi rütbələrin verilməsi təklifi ilə çıxış ediblər. Bildirlib ki, Polşa ordusunun Baş Qərargahı bu təklifə müsbət cavab vermək niyyətindədir.

Bildirilir ki, iki rütbənin təqdim ediləcəyi gözlənilir: “Sıravi it sıravi” və “Serjant it”. Xidməti itlərə hərbi rütbələr vermək hüququ həmin heyvanların təhvil verildiyi bölmələrin komandirlərinə veriləcək.

Gununsesi.info