

Ermənistan ordusundakı sui-qəsdlər cəmiyyətdə ciddi etirazlara səbəb olub. Artıq yaranmış vəziyyət Ermənistan Müdafiə Nazirliyi və digər dövlət qurumlarını da ciddi narahat etməyə başlayıb.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, orduda yeni əsgər və hərbi xidmətçilər arasında ölüm faktı, sui-qəsdlər, suiqəsd həddinə gətirmə halları ilə bağlı Müdafiə Nazirliyində seminar-müşavirə keçirilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, nazir müavini Ara Nazaryan müzakirələrdə erməni ordusunda hərbçilərin sui-qəsd hallarının artması və bu həddə gətirilmə hadisəsi ilə bağlı məsələyə aydınlıq gətirib. Nazir müavini deyib ki, problemin aradan qaldırılması ilə bağlı maraqlı dövlət qurumları və elmi institutlarının əməkdaşlarının iştirakı ilə birlikdə yeni proqramın hazırlanıb. Proqrama əsasən ordudakı sui-qəsd hadisələrinin azaldılması yolları əksini tapıb.
Müzakirələrdə Hərbi polis və İstintaq komitəsinin nümayəndələri məruzə ilə çıxış edib.
Gununsesi.info