Ordumuz irimiqyaslı təlimlərə başlayır - PLANA ƏSASƏN

  • By admin
  • 03 Noyabr 2016 12:28

telim

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

Gununsesi.info