Ordumuzun raket və artilleriya silahları atəş mövqelərinə çıxarıldı - FOTO+VİDEO

  • By admin
  • 14 Mart 2018 14:30

Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.

Gununsesi.info xəbər verir ki, Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Gununsesi.info