Ordumuzun yeni ƏMƏLİYYATI: Azərbaycan Qarabağda hansı üstünlük qazandı?

  • By admin
  • 30 Mart 2023 11:23

“Mən Laçın dəhlizinin ordumuz tərəfindən nəzarətə götürüldüyünü yazandan sonra Müdafiə Nazirliyi də bu məlumatı təsdiqlədi”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

O, Müdafiə Nazirliyi tərəfindən təsdiqlənən məlumatı şərh edib.

Nazirliyin bəyanatının bildirilib ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Öz növbəsində Ə.Verdiyev məsələyə münasibət bildirərək söyləyib ki, biz Azərbaycan-Ermənistan sərhədində nəzarətimizi bərpa etdik, rusların nəzarətində olan və həmin ərazilərdən silah-sursat, mina və şəxsi heyət daşınmasının qarşısını aldı:

“Digər tərəfdən də cənab Prezidentin bir neçə ay öncə səsləndirdiyi “Laçında – Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qoya bilərik” göstərişini yerinə yetirmiş olduq.

Ermənilər yeni yola birləşən yolu çəkmirdilər və onlar köhnə yoldan istifadə müddətini uzadırdılar. Çəkməyiblərsə, bu, onların öz problemidir. Biz öz ərazilərimizdəki istədiyimiz yerə nəzarət edə bilərik, istədiyimiz yerdə də istədiyim məntəqəni quraşdıra bilərik. Buna kimsə maneə ola bilməz”.

Gununsesi.info