“Ordumuzun yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir” - Sahibə Qafarova

  • By admin
  • 02 Oktyabr 2020 11:29

“Azərbaycan əks-hücum əməliyyatlarını davam etdirir. Düşmənin hərbi texnikası və canlı qüvvəsi Azərbaycan ordusu tərəfindən məhv edilir. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışır:

“Hamımızın eyni fikri var: Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”.

Gununsesi.info