“Türkiyə Silahlı Qüvvələrində həyata keçirilən islahatlar ordunun güclənməsinə, təmizlənməsinə və döyüş hazırlıq səviyyəsinə gətirməyə xidmət edir”.
Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, bu fikri Türkiyənin baş naziri Binəli Yıldırım TSK-kı təmizləmə prosesinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, əsgər öz işi ilə məşğul olacaq, TSK öz üzərinə düşən missiyanı yerinə yetirəcək: “Biz dövltələ, millətin bir arada olan ordusunu görmək istəyirik. İçəridəki xainləri yox edilən bir ordu. Millətimizin dəsətyi ilə yenidən dünyada barmaqla göstəriləcək bir ordu quracağıq”.
Gununsesi.info