Ordunun 88 faizi koronavirusa qarşı birinci doza peyvənd edilib

  • By admin
  • 29 Dekabr 2021 17:14

Azərbaycan Ordusunda koronavirusa qarşı mübarizə tədbirləri görülməkdədir.

Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə görülən tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyətinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib.

“Şəxsi heyətin 72 faizi 2-ci, 8 faizi isə 3-cü doza peyvəndi qəbul edib. Koronavirus infeksiyası şübhəsi olan hərbi qulluqçular dərhal təxliyə edilir. Koronavirusa qarşı tədbirlər görmək üçün səyyar briqadalar yaradılaraq hərbi hissə və bölmələrə göndərilib”, – deyə A.Eyvazov qeyd edib.

Gununsesi.info