Orduya dəstək yürüşünü kimlər təxribata çevirdi? - MİLLİ MƏCLİSİN BİNANSINA GİRƏNLƏR, POLİS MAŞININI DA AŞIRDI/ VİDEO+FOTOLAR

  • By admin
  • 15 İyul 2020 07:57

 

Dünən Azərbaycan ordusunun ali zabit heyətinin məşhur simalarının ermənilər tərəfindən öldürülməsi xalqa ayağa qaldırdı.

Axşam saatlarından etibarən Bakı şəhərində başlayan orduya dəstək yürüşlərinə yüz minlərlə insan qatıldı.

Milli Məclisin qarşısında və Şəhidlər Xiyabanının önündə böyük izdihamlı mitinqə çevrildi.

Ancaq sonradan hansısa qüvvələr bu yürüşləri təxribatcasına hakimiyyət əleyhinə yönləndirdi.

Son saatlara qədər hər şey yüksələn xətt üzrə davam edirdi. İştirakçılar Dağlıq Qarabağda erməni işqalçılarına qarşı müvafiq tədbir görülməsini tələb edirdi. Ali Baş Komandandan vuruşmaq üçün silah istəyirdi. Azərbaycan iqtidarına, Prezident İlham Əliyevə və orduya dəstəyini ifadə edirdi. Lakin təəssüflər olsun ki, son bir saat ərzində vəziyyət dəyişdi, bir qrup təxribatçı Milli Məclisin binasına zorakılıqla girdi və bu anda polis müdaxilə etmək məcburiyyətində qaldı. Yekunda meydanda qalan azsaylı iştirakçılar Daxili Qoşunların əsgərləri tərəfindən oradan uzaqlaşdırıldı. Polis korrekt davranış nümayiş etdirdi.

Təəssüf ki, xalq mitinqinin içinə daxil olan təxribatçılar fərqli davrandılar. Onlar polis maşınını devirib, dağıtdılar.