Orduya tapşırıq: “Hər hansı ssenariyə hazır olun” – Üçüncü cəbhə açıla bilər

  • By admin
  • 15 Noyabr 2023 12:30

İsrailin baş naziri Netanyahu Livanla sərhəddəki yaşayış məntəqələrinin yerli idarəçiləri ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, Netanyahu ölkəsinin şimalında şiddətli toqquşmaların olduğunu və orduya “hər cür ssenariyə hazır olmaq təlimatı” verildiyini bildirib.

“Hazırda şimalda şiddətli münaqişələr var. Biz “Hizbullah”ı vururuq, amma orduya hər hansı ssenariyə hazır olmaq tapşırılıb. “Hizbullah”a İsraili sınaqdan keçirməməyi tövsiyə edirəm. Bu, onların həyatlarının səhvi olardı”, – deyə o əlavə edib.

İsrail ordusunun hücumuna məruz qalan Qəzzada qələbə qazanmaq istədiklərini ifadə edən Netanyahu, “Həmasın geri dönməyəcəyinə əmin olacaqlarını” deyib.

Digər tərəfdən, Netanyahu blokada altındakı Qəzza zolağındakı israilli girovlarla bağlı verdiyi yazılı açıqlamada, “Müharibənin başından bəri girovları geri qaytarmaq üçün dayanmadan çalışdıqlarını” qeyd edib.

İsraillə HƏMAS arasında toqquşmalardan sonra Təl-Əvivlə Livan “Hizbullah”ı arasında gərginlik artıb. İki ölkə sərhəddə tez-tez bir-birinə hücum edərkən, ölkələr başda ABŞ olmaqla bu bölgədə yeni bir müharibə cəbhəsinin açılmasından narahatdır.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 74 “Hizbullah” üzvünün öldüyü açıqlanıb.

Gununsesi.info