DTX-nın orqan mafiyasında həbs etdiyi şəxs “Qarabağ”ın baş məşqçisinin qardaşıymış

  • By admin
  • 15 Mart 2018 11:46

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatda insan orqanları alveri ilə məşğul olan Vahib Xudadatov saxlanılıb.

Gununsesi.info apasport-a istinadən xəbər verir ki, həbs edilən şəxs “Qarabağ” futbol klubunun baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

E.Xudadatov açıqlamasında məlumatı təsdiqləyib: “Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harda olduğundan xəbərim yoxdur”.

Gununsesi.info