Orta aylıq əməkhaqqı 293 dollar olub

  • By admin
  • 11 Aprel 2017 15:38

manat_dollar_euro_2

2017-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,5 milyon nəfər olub.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən bildirir.

Məlumatda qeyd edilir ki, onlardan 886,8 min nəfəri dövlət sektorunda,  628,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Muzdla işləyənlərin 22,1 faizi təhsil, 19,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,1 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2017-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 499,9 manat olub. Bu isə dollar ekvivalentində 293 dollar edir.

Vüsalə

Gununsesi.info