Orta aylıq əməkhaqqı 525 manat oldu

Orta aylıq əməkhaqqı 525 manat oldu

Bu ilin 9 ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı  525.6 manat olub.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Statistikada deyilir ki, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artıb.

2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,4 min nəfər olub. Onlardan 877,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 648,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,6 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Vüsalə

Gununsesi.info

COMMENTS