Orta aylıq maaş bu qədər olacaq - Məbləğ

  • By Günel
  • 18 Sentyabr 2024 16:19

2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1 080 manata çatacağı proqnozlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da bildirilib.

Qeyd edilib ki, ölkədə orta maaş 2026-cı ildə 1156 manata, 2027-ci ildə 1238 manata, 2028-ci ildə isə 1326 manata çatacaq.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 % artaraq 1002 manat təşkil edib.

Gununsesi.info