2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımaların həcmi 11 milyon tona çatacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı məlumat yayıb.
Qeyd olunub ki, Orta Dəhliz üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2023-cü ildə bu göstərici 2,7 milyon ton olub ki, bu da 2022-ci illə müqayisədə 86 faiz artım deməkdir. 2024-cü il üçün proqnozlaşdırılan yükdaşıma həcmi isə 4 milyon tondur.
“Proqnozlara görə, 2030-cu ilə qədər Çinin qərb sərhədi ilə Avropa arasında səyahət müddəti yarıya endiriləcək və nəqliyyat həcmi 3 dəfə artaraq, 11 milyon tona çatacaq”, – bankın məlumatında bildirilib.
AİB vurğulayıb ki, Orta Dəhlizin uğurlu istifadəsinin ən parlaq nümunələrindən biri 2022-ci ilin may ayında Çinlə Avropa arasında finlandiyalı “Nurminen Logistics” nəqliyyat şirkəti tərəfindən yeni marşrutun istifadəyə verilməsidir.
Qeyd edilib ki, Orta Dəhliz Çindən Avropaya mal tədarükü üçün ən qısa yoldur, o, Mərkəzi Asiya və Xəzər dənizindən, daha sonra Cənubi Qafqaz və Türkiyədən keçir.
Gununsesi.info