Orta məktəb şagirdi idman dərsində ağır xəsarət aldı

  • By admin
  • 10 Yanvar 2017 13:51

ambulani

Masallı rayonunda orta məktəb şagirdi idman edən zaman ağır xəsarət alıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün günorta saatlarında Digah kənd orta məktəbində qeydə alınıb.

Məktəbin şagirdi, 2001-ci il təvəllüdlü Fərmanov Əkbər Elman oğlu idman zalında idman edərkən yıxılıb.

Xəsarət alan şagird Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Vəziyyətinin ağır olduğu bildirilir.

Gununsesi.info