Orta məktəb şagirdi qətlə yetirilib - FOTOLAR

  • By admin
  • 24 Sentyabr 2016 09:59

sagird

Qazaxda orta məktəb şagirdi qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, dəhşətli hadisə Mütəfəkkirlər parkında baş verib. Şahidlərin sözlərinə görə,16 yaşlı Dəmirçilər kənd sakini Taleh Bayramoğlu parkda hərəkətdə olarkən həmyaşıdı ona yaxınlaşıb pul tələb edib. Üzərində yüksək məbləğ olmadığını deyən Taleh Bayramoğlu bu zaman onunla söhbət edən yeniyetmədən bıçaq zərbəsi alıb. Qana boyanan məktəbli park ərazisi ilə aptekə tərəf qaçıb. Onun arxası ilə hərəkət edən hadisəni törədən gənc isə Talehin huşunu itirib yıxıldığını gördükdə ərazidən uzaqlaşıb. Ətrafdakıların köməyi ilə ailənin yeganə övladı Qazax Diaqnostika mərkəzinə aparılsada yolda dünyasını dəyişib. Hadisəni törədən rayon sakini isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

sagird1

Gununsesi.info