Orta məktəblərdə azyaşlı şagirlər üçün - summativlərdə dəyişiklik nəzərdə tutulur

  • By admin
  • 24 May 2018 14:30

Gələn tədris ilindən Azərbaycanda orta məktəblərdə azyaşlı şagirlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

 Nazir bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil institutu ilə birlikdə bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: “Düşünürəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.
Gununsesi.info