Ramazan ayının gəlişi özü ilə suallar da gətirir.
Bunlardan biri də Fitrə zəkatı məsələsidir.
Bu, adətən, mütləq bir qayda kimi təqdim olunur.
Ancaq həqiqətən belədirmi, oruc tutan adam mütləq bunu etməlidirmi?
Bu barədə Gununsesi.info-ya ilahiyyatçı Elşad Miri danışıb.
O bildirib ki, kiminsə imkanı yoxdursa, bəs onda necə?
O, həmçinin əlavə edib:
“Oruc tutan adam imkanı daxilində başqasıyla da bölüşməyi bacarmalıdır. Orucu qəbul edən Allahdır. Belə şeylərə görə heç kim heç kimə deyə bilməz ki, sən bunu etdin, etmədin və Allah qəbul etməyəcək. Belə anlayışlardan qurtulmaq lazımdır”.
Orxan












