Oruc tutan futbolçular üçün fasilə olmayacaq

Fransa Futbol Federasiyasının (FFF) Hakimlər Komissiyası Liqa 1 hakimlərinə elektron məktub göndərərək, müsəlmanların müqəddəs Ramazan ayında oyunlarda fasilələrə qadağa qoyulduğunu elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

“Federasiya Ramazan ayında oyun fasilələri ilə bağlı qadağaları diqqətə çatdırıb. Bu fasilələr federasiyanın nizamnaməsinin müddəalarına uyğun gəlmir.

“Sky Sports”un məlumatına görə isə, İngiltərə Premyer Liqasında belə fasilələr tətbiq olunacaq.

 

Gununsesi.info