Oruc Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

  • By admin
  • 08 Dekabr 2022 19:14

Prezident İlham Əliyev O.İ.Zalovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, dünən daxili işlər nazirliyinin müavini, general-leytenant O.Zalovun 70 yaşı tamam olub.

Gununsesi.info