“Örüş sahələrinin əkin üçün dövrüyəyə buraxılması çox təhlükəli haldır” - EKSPERT RƏYİ

  • By admin
  • 21 Noyabr 2016 15:00

vaid

«Ölkədə kifayyət qədər, 1,6 milyon hektar əkin sahəsi olduğu halda, həmin sahələrdən səmərəli istifadəni təmin edə bilməyən, torpaqların deqradasiyaya, eroziyaya məruz qalmasının, şoranlaşmasının, şorakətləşməsinin qarşısını ala bilməyən hökumət, indi təbii biçənək, örüş sahələrini əkin üçün dövrüyəyə buraxır. Bu çox təhlükəli haldır».

Gununsesi.info xəbər verir ki, bunu kənd təsərrüfatıüzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.

Ekspertin sözlərinə görə, bu siyasət kənd təsərrüfatını məhv edə bilər. V.Məhərrəmov qeyd edir ki,  örüş sahələrinin az və zəif olması, ölkədə tələbata uyğun yem bazasının yaradılmaması azmış kimi, təbii otlaq ərazilərin əkinə verilməsi heyvandarlıqda çox ciddi problemlər yaradacaq: “Son illərdə 100 min hektara yaxın örüş sahələrinin, təbii biçənəklərin əkin üçün istifadəyə verilməsi ota, yemə olan tələbatın artmasına, bu da öz növbəsində yem və heyvandarlıq məhsullarının qiymətlərinin bahalaşmasına gətirib çıxarmışdır. Yem bazasının zəif olması heyvanların zəifləməsinə, xəstəliklərin geniş yayılmasına, tələfata və məhsuldarlığın kəskin azalmasına səbəb olmuşdur. Bu ilin 10 ayıərzindəölkəyə idxal olunan ət məhsullarının miqdarı keçən ilin eyni dövrü ilə müqayisədə 160 faiz, süd məhsulları isə dəyər ifadəsində 60,8 faiz artmışdır”.

Digər tərəfdən, ekspert əlavə edir ki,ölkədəşoranlaşmış, şorakətləşmiş eroziyaya, deqradasiyaya məruz qalmış torpaq əraziləri genişləndiyi halda, xam torpaqlara kotan salınması, şum qaldırılması barbarlıq kimi dəyərləndirilməlidir: “Azərbaycanda torpaqqoruyucu texnologiyadan istifadə olunmadığıüçün örüş sahələrinin əkinə verilməsi öncədən həmin torpaqların münbitliyinin itirilməsi, deqradasiyaya məruz qoyulması deməkdir”.

Vüsalə Rüstəmova

Gununsesi.info