Orxan Əsgərovun yas mərasimindən FOTOLAR

  • By admin
  • 29 Yanvar 2023 14:55

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun yas mərasimi davam edir.

Gununsesi.info “Report”a istinadən xəbər ki, Yeni Yasamal qəsəbəsində təşkil olunan yas mərasimində deputatlar və hökumət nümayəndələri də iştirak edib.

Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi barədə məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Gununsesi.info