Orxan Məmmədov: “Biz Latviya ilə işgüzar əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəkləməyə hazırıq”

  • By admin
  • 08 Mart 2023 19:43

“KOBİA Latviya ilə Azərbaycan arasında işgüzar əməkdaşlığın inkişafı üçün sahibkarların bütün təşəbbüslərini dəstəkləməyə hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycanın və Latviyanın işgüzar dairələri ilə keçirilən görüşdə deyib.

“Bizim agentlik öz təcrübəsini Latviya ilə bölüşməyə hazırdır”, – O.Məmmədov bildirib.

Onun sözlərinə görə, ağıllı şəhər konsepsiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən uğurlu layihədir.

“Biz Latviya şirkətlərini bu istiqamətdə əməkdaşlığa dəvət edirik”, – O.Məmmədov qeyd edib.

Gununsesi.info