Orxan Pamuk: “Türkiyə özünü hüquqi dövlətdən təcrid edir” - Terror rejiminə doğru gedir

  • By admin
  • 12 Sentyabr 2016 20:28

orxan

Nobel mükafatlı yazıçı Orxan Pamuk Türkiyədə tanınmış jurnalist Ahmet Altanın həbsini pisləyib və xəbərdarlıq edib ki, Türkiyə «terror rejimi»nə doğru gedir. Gununsesi.info bildirir ki, yazıçı bunu İtaliyanın «La Republika» qəzetinə müsahibəsində deyib.

HTML tutorial

Orxan Pamuk Türkiyədə , hətta hökuməti azacıq tənqid edənlərin barmaqlıqlar arxasına atıldığını və artıq ölkədə fikir azadlığının mövcud olmadığını deyir: «Fikir azadlığı artıq mövcud deyil. Özümüzü sürətlə hüquqi dövlətdən təcrid edir və terror rejiminə doğru gedirik», deyə o bildirib.

altan

Orxan Pamukun müsahibəsi Ahmet Altan və onun qardaşı, tanınmış akademik və iqtisadçı Mehmet Altanın həbsindən bir gün sonra dərc olunub.

2006-cı ildə Nobel mükafatına layiq görülən Pamuk hələ 15 iyul qiyam cəhdindən də əvvəl prezident Recep Tayyip Erdoğanın tənqidçisi kimi tanınır.

O, həbs edilmiş bütün ziyalıları mümkün qədər tez azad etməyə və ədalətli məhkəmə keçirməyə çağırır.

Anadolu agentliyinin məlumatına görə, Altan qardaşları ötən şənbə günü qiyam cəhdiylə bağlı aparılan istintaq çərçivəsində saxlanıblar.

Ahmet Altan uzun illər «Hürriyet» və «Milliyet» qəzetlərinin şərhçisi olub, 2007-ci ildə isə müxalifətdə olan «Taraf» qəzetini təsis edib.

2012-ci ildə qəzetin baş redaktorluğundan istefa verib və bir neçə roman yazıb.

Mehmet Altan isə iqtisadçı və Türkiyənin siyasətindən bəhs edən bir neçə kitabın müəllifidir.

«Hürriyet» qəzetinin yazdığına görə, Altan qardaşları iyulun 14-ü, qiyam ərəfəsində «Can Erzincan» televiziya kanalında dediklərinə görə aparılan istintaq çərçivəsində həbs olunublar.

Altan qardaşları iyulun 14-ü, qiyam ərəfəsində «Can Erzincan» televiziya kanalında dediklərinə görə həbs olunublar.

Türkiyə hakimiyyəti bu kanalı, 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülenin tərəfini saxlamaqda günahlandırır və kanal həmin vaxtdan bağlıdır.

Digər veteran jurnalist və yazıçı Nazli İlicak da həbs olunanlar arasındadır.

Buna da bax: Fethullah Gülen, Erdoğan və «İmamın ordusu»

O da həmin proqramda Altan qardaşları ilə birlikdə olub.

Türkiyə KİV-ləri hələ ki, həmin proqramda deyilənləri şərh etməyib.