“Oskar”a namizədlər açıqlandı

  • By admin
  • 14 Yanvar 2020 09:54

Los-Ancelesdə Amerika Kino Sənəti Akademiyası “Oskar” mükafatının builki namizədlərini açıqlayıb. Gununsesi.org-un məlumatına görə, bu barədə “TASS” xəbər verib.

“Ən yaxşı aktyor” nominasiyasında Hoakin Feniks (“Coker”), Leonardo DiKaprio (Bir dəfə Hollivudda”), Antonio Banderas (“Ağrı və şöhrət”), Conatan Prays (“İki ata”), Adam Drayver (“Nikah hekayəsi”) mübarizə aparacaqlar.

“Ən yaxşı aktrisa”ya namizəd olanların siyahısında Rene Zellbeqer (“Cudi”), Skarlett Yohansson (“Nikah hekayəsi”), Şarliz Teron (“Qalmaqal”), Sintiya Erivo (“Harriet”) və Sirşa Ronan (“Kiçik qadınlar”) var.

“Ən yaxşı film”: “İrlandiyalı” (rej. Martin Skorseze), “1917” (rej. Sem Mendes), “Parazitlər” (rej. Pon Çjun Xo), “Bir dəfə Hollivudda” (rej. Kventin Tarantino), “Nikah hekayəsi” (rej. Noa Baumbak), “Coker” (rej. Todd Fillips), “Dovşan Coco” (rej. Tayk Vaytiti), “Ford Ferrariyə qarşı” (rej. Ceyms Menqold), “Kiçik qadınlar” (rej. Qreta Herviq).

“Ən yaxşı rejissor”: Kventin Tarantino, Martin Skorseze, Sem Mendes, Pon Çjun və Tod Fillips.

Namizədlər ümumilikdə 23 nominasiya üzrə mübarizə aparacaqlar.

“Oskar” mükafatının 92-ci təqdimat mərasimi fevralın 9-da Los-Anceles şəhərində keçiriləcək.

Gununsesi.org