“Oskar”ını Zelenskiyə verdi -VİDEO

Amerikalı aktyor Şon Penn Ukraynanın qələbəsinə inam rəmzi olaraq “Oskar” heykəlciyini Prezident Volodimir Zelenskiyə təhvil verib.

Gununsesi.info  xəbər verir ki, bu haqda Ukraynanın Prezident Aparatı məlumat yayıb.

Bildirilib ki, “Oskar” Ukraynada müharibə bitənə qədər qalacaq.

Zelenski Pennə III dərəcəli “Xidmətə görə” ordeni təqdim edib və ona “səmimi dəstəyə və Ukraynanın dünyada məşhurlaşmasına verdiyi mühüm töhfəyə görə” təşəkkür edib.

Gununsesi.info