“Oskar”lı aktrisa vəfat etdi

“Oskar”lı aktrisa vəfat etdi


Aktrisa Doroti Meloun 92 yaşında ABŞ-da dünyasını dəyişib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, “Oskar”lı aktrisa uzun sürən xəstəlikdən dünyasını dəyişib. Meloun ömrünün son illərini Dallas şəhərindəki evində keçirib.

Qeyd edək ki, Doroti Meloun “Dərin yuxu”, “Nyu-Yorku qorxudan qatil”, “Asan uğur”, “Ləkələnmiş mələklər”, “Əsas instinkt” filmlərində çəkilib. Aktrisa 1957-ci ildə “Küləyə yazılmış sözlər” filmindəki roluna görə “İkinci planda ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” alıb.

Gununsesi.info

COMMENTS