Öskürəyin dəqiq diaqnostikası necə aparılır?

  • By admin
  • 29 May 2021 19:50

Öskürəyin tez-tez rast gəlinən səbəbi tənəffüs sisteminin xəstəlikləridir. Diaqnozun qoyulması üçün instrumental və laborator müayinələr aparılır.

Gununsesi.info xəbər verir ki, onların köməyilə morfofunksional pozğunluqlar və patoloji prosesin əlamətləri aşkar edilir. Ən informativ üsullar: bəlğəmin analizi, rentgenoloji üsullar, seroloji reaksiyalar və digər instrumental üsullar hesab edilir.

Öskürəyin respirator səbəbləri inkar edildikdə əlavə üsullar – qida borusunun kontrast rentgenoqrafiyası, EKQ, ürəyin USM icra olunur. Tənəffüs pozğunluqlarının dərəcəsini müəyyən etmək üçün qanın qaz tərkibi yoxlanılır. Xarici tənəffüs pozulduqda spiroqrafiya aparılır, əsas göstəricilər – forsirəolunmuş nəfəsvermə həcmi, ağciyərlərin həyat tutumu qiymətləndirilir. Belə hallarda əsasən  xəstələr immunoloq-allerqoloqun konsultasiyasına yönəldilir.

Gununsesi.info