Oslo – İstanbul təyyarə reysində bomba həyəcanı - FOTO

Türkiyə təhlükəsizlik xidməti İstanbul hava limanında yerə enən təyyarədə yoxlanış apardıqdan sonra heç bir partlayıcı qurğu aşkar etməyib.

Bu barədə hava gəmisinin məxsus olduğu “Türk Hava Yolları” şirkətinin nümayəndəsi Yəhya Üstün məlumat verib.

HTML tutorial

“Oslodan İstanbula gələn TK1752 saylı reysdə partlayıcı qurğu olması barədə məlumat daxil olub. Təyyarə yerə endikdən sonra sərnişinlər təcili şəkildə evakuasiya olunub. Polisin yoxlanışından sonra məlumatın yalan olduğu üzə çıxıb”, – deyə o, özünün “Twitter” səhifəsində bildirib.

Gununsesi.info