Osman Kazımovdan Tofiq Yaqublunun aclıq aksiyasına ironiya - MÜSAVATDA NƏ BAŞ VERİR?

  • By admin
  • 13 Yanvar 2023 17:19
Müsavat Partiyasının funksioneri, tanınmış vəkil Osman Kazımov hazırda həbsdə olan partiyadaşı Tofiq Yaqublunun aclıq  aksiyasına ironiya edib.
Gununsesi.info bildirib ki, Osman Kazımov indiki məqamda aclıq keçirməyin lüzumsuz olduğunu deyib.
Onun qeydlərini təqdim edirik:
“Aclıq aksiyası təcridxanada verilən keyfiyətsiz şorbaya görə deyil, İranda Azərbaycan ugrunda mübarizəyə qalxdığına görə edam edilən türk qardaş və bacılarımıza görə edilməlidir.
Diktaturaya etiraz müstəvisində, insanlığa qarşı cinayət müstəvisində, Tərtər cinayətinin günahkarlarının, Polad Həşimovun ölümündə təqsiri olanların məhkəmə qarşısında hələ də dayanmaması müstəvisində olmalıdır”.
Qeyd edək ki, Osman Kazımovun bu paylaşımı sosial şəbəkədə birmənalı qarşılanmayıbn.
Çoxsaylı müsavatçılar vəkili bu mövqeyinə görə tənqid edib.
Mətləb Yaqublu
Gununsesi.info