Ostin xəstəxanadan nə zaman çıxacaq? – Pentaqondan açıqlama

  • By admin
  • 11 Yanvar 2024 09:30

Pentaqon sözçüsü Lloyd Ostinin səhhətinin hazırkı vəziyyətini şərh edərək, onun xəstəxanada qaldığını qeyd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pat Rayder bildirib.

Mətbuat katibi Pentaqonun rəhbərinin vəziyyətinin yaxşı olduğunu bildirib.

Ostin Pentaqon ilə əlaqə saxlayır və departamentin bütün dünya üzrə əməliyyatlarına nəzarət etməyə davam edir.

“Hazırda onun xəstəxanadan buraxılması üçün konkret bir tarix yoxdur, lakin o vaxta qədər gündəlik yeniləmələri təqdim etməyə davam edəcəyik”, -deyə sözçü bildirir.

Xatırladaq ki, Uolter Rid Milli Hərbi Tibb Mərkəzi Ostinə prostat vəzi xərçəngi diaqnozu qoyulduğunu və əməliyyatdan sonrakı ağırlaşmalara görə ilin əvvəlində təcili xəstəxanaya çatdırıldığını açıqlamışdı.

Pentaqon bir neçə gün ərzində nə Ağ Evə, nə də ictimaiyyətə öz rəhbərinin səhhətinin vəziyyəti barədə məlumat verməyib və bu, artıq tənqidlərə səbəb olub.

Ostinin özü daha sonra sağaldığını söylədi və əlavə etdi ki, medianın narahatlığını başa düşür və “ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etmək üçün daha yaxşı iş görə bilərdi” etiraf edib.

Gununsesi.info