Ötən ay Moskvada hər beş nəfərdən biri koronavirusdan ölüb

  • By admin
  • 10 İyun 2020 20:50

May ayında Rusiya paytaxtında 15 713 nəfər ölüb. Onlardan 2 757 nəfəri koronavirusdan dünyasını dəyişib.

Bu isə hər beş nəfərdən birinin COVID-19-un qurbanı olduğunu göstərir.

Lenta.ru-nun məlumatına görə, bu barədə RF Səhiyyə Departamentinin saytında dərc olunub.

Qurumdan bildirilib ki, 2020-ci ilin may ayında  ötən ilin analoji dövrü ilə müqayisədə 5 715 nəfər çox insan ölüb. 5 260 ölüm faktı birbaşa və ya dolayı yolla koronavirus infeksiyası ilə bağlı olub.

 

 

Gununsesi.org