Ötən gün 66 mindən çox peyvənd VURULUB

  • By admin
  • 18 Avqust 2021 16:52

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 519 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 661, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 858 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 932 734, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 526 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 406 267 təşkil edir.