Ötən gün 6793 sürücü inzibati xəta törədib

  • By admin
  • 11 Oktyabr 2016 17:32

yol_polisi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları təkcə bir gündə 6793 sürücünün inzibati xəta törətdiyini aşkar edib.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda BDYPİ məlumat yayıb.

Məlumata görə, oktyabrın 10-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 45-i sükan arxasına sərxoş halda əyləşdiyinə görə, 4-ü isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

Sürət həddini aşdığına görə 3114 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

Gülnaz Qənbərli

Gununsesi.info