Ötən gün baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində on nəfər xəsarət alıb - DİN

  • By admin
  • 05 Yanvar 2017 13:06

Daxili ishler

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 85 cinayət faktı qeydə alınıb. Onların 26-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində on nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər tutulub.

Gununsesi.info