Ötən gün vətəndaşlardan 18 silah götürüldü

Azərbaycanda ötən gün vətəndaşlardan 18 silah götürülüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 16 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 949 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

 

 

Gununsesi.info