Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, martın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 2 alışdrıcı, 2 patron darağı və 132 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Bundan əlavə, martın 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 2 patron darağı və 10 ədəd patron aşkar edilərək götürülüb.
Gununsesi.info