Ötən həftə 500 hektara yaxın ərazi minalardan təmizlənib

  • By Mina
  • 15 Aprel 2024 16:13

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik(08.04.2024 – 14.04.2024) barədə məlumat yayıb.

ANAMA-dan Gununsesi.info-ya verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 5 tank əleyhinə mina, 725 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 476,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Gununsesi.info