Ötən həftə NATO qırıcıları iki dəfə havaya qaldırılıb

  • By admin
  • 08 Noyabr 2022 09:41

Ötən həftə Baltik dənizi üzərində hava məkanını qoruyan NATO qırıcıları Rusiya təyyarələrinin qarşısını almaq üçün iki dəfə qalxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Delfi” Litvanın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, ilk hal cümə axşamı, noyabrın 4-də uçuş planı olmadan, lakin bort transponderindən istifadə etməklə Kalininqraddan Rusiyaya uçan Rusiyanın İl-78 yanacaq doldurma təyyarəsi ilə baş verib.

Cümə günü, noyabrın 5-də NATO qırıcıları əvvəlcədən uçuş planı olmadan və bort transponderindən istifadə etmədən uçan İl-76 hərbi təyyarəsini tutmağa yönəldilib.

Eyni zamanda, təyyarə regional nəqliyyatın idarə edilməsi mərkəzi ilə radio əlaqə saxlayırdı.

Hər iki əməliyyatın nəticəsi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, oktyabrda NATO qırıcıları Polşa və İsveçin hava məkanında dörd Rusiya hərbi təyyarəsini ələ keçirib.

Gununsesi.info