Azərbaycan Standartlaşma, Metereologiya və Patent üzrə Dövlət Komitəsi 2016-ci ildə dövlət reyestrində 1484 ədəd əmtəə nişanı qeydiyyata alıb ki, onlardan 767-si milli, 717-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
Bu barədə Gununsesi.info-ya komitənin mətbuat xidmətindən məlumat verilib.
Komitəsən verilən məlumata görə, coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 1 şəhadətnamə milli hüquqi şəxs adına qeydiyyata alınıb.
“Bundan başqa sənaye mülkiyyəti obyektləri üzrə 125 ədəd müqavilə qeydiyyata alınıb ki, onlardan 103 ədədi əmtəə nişanları, 1 ədədi ixtira üzrə hüquqların verilməsinə, 21 ədədi əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.
Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 569, şəhadətnəmənin qüvvədə olma müddətinin uzadılması barədə 1114, dəyişiklər edilməsi haqqında əmtəə nişanlarına dair 624, patentlərə dair 32 ədəd bildiriş qeydiyyata alınmışdır, 22 ədəd dublikat və 101 ədəd çıxarış verilib”- deyə, məlumatda qeyd olunur.
Komitədən o da bildirilib ki, 2016-cı il ərzində sənaye mülkiyyətinin mühafizəsi sahəsində yaranan mübahisələrə baxan Apellyasiya Şurasına 126 ədəd əmtəə nişanının və 2 ədəd ixtiranın hüquqi mühafizəsi ilə bağlı etiraz verilib. Etirazlara baxılma nəticəsində (2015-ci ildən qalan işlər də daxil olmaqla) 118 ədəd qərar qəbul olunub ki, onlardan 103-ü müsbət, 12-si rədd və 3-ü qismən təmin edilib.
Gununsesi.info