Ötən il abort edənlər arasında məktəbli də var - NAZİRLİKDƏN ETİRAF

  • By admin
  • 19 Aprel 2018 14:10

Bu gün Respublika Perinatal Mərkəzdə Antenatal qulluğun təşkilinə dair konfrans keçirilib.

Gununsesi.info xəbər verir ki, konfransda çıxış edən Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova antenatal qulluq sahəsində statistik göstəriciləri açıqlayıb:

“Ağır vəziyyətdə mərkəzə daxil olmuş qadınların sonrakı vəziyyəti hər zaman müşahidə altında saxlanılır. Ümumiyyətlə, son bir ildə RPM-ə 7-yə yaxın bu cür xəstə daxil olub.

Ağırlaşmaların səbəbləri fərqlidi. Qadınlar əsas xəstəliklərini öz mamaginekoloqlarından gizlədir. Bu səbəbdən doğuşa az vaxt qalanda ağır vəziyyətdə daxil olur. Biz xəstəlikləri əvvəlcədən bilsək, vaxtında müdaxilə edə bilərik”.

S. Məmmədova onu da bildirib ki, müəyyən yaş artdıqca hamiləlik çətinləşir: “Yaş artdıqca, qadınlarda xəstəliklər də artır. 25 yaşdan sonra artıq hamiləliklərdə müəyyən çətinliklər yaranmağa başlayır. Ən çox rast gəlinən xəstəliklər anemiyalar, böyrək və ürək problemləridir ki, yaş artdıqca özünü daha çox göstərir. Bunlar ilk risk qrupuna daxil olan xəstəliklərdir. Qadın risk qrupuna daxil olduqda vaxtaşırı müayinələrdən keçirilir. Bu müayinələr olmasa, ana və uşağın gələcəyi üçün problem yarana bilər.

S. Məmmədovanın sözlərinə görə, ötən il  37 min abort olunub. Abort olunanların əsas yaş qrupu 18-25-dir, abortdan sonra isə fəsadlaşma halı qeydə alınmayıb. Məktəbli şagirdlərlə bağlı abort halı da yaşanıb. Bu nadirən olsa da olub. 9-12 arasında bir rəqəm var. Zorlanma ilə 12-14 yaşlı uşaqların icazəli şəkildə doğuşu sonlandırmağa isə icazə var.

Gununsesi.info