Ötən il adambaşına düşən ÜDM 7205 manat olub

  • By admin
  • 29 Yanvar 2018 14:42

Ötən il ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 0,1 faiz artıb.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ötən il ÜDM 70 milyard 135,1 milyon manata çatıb.

Ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilib.

Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 5 faiz azalıb, qeyri-neft sektorunda isə 2,7 faiz artıb. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu sahədə yaradılmış əlavə dəyər isə 3,8 faiz artıb.

ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 9,5 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi isə digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7205 manata bərabər olub.

Vüsalə

Gununsesi.info