
Ayrıldığı deyilən “Fənəbaxça”lı futbolçu Alper Potuk və aktrisa Tuvana Türkay yenidən birlikdə görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük kafelərdən birində səmimi söhbət edərkən paparazzilərə tuş gəlib. Onların yanında Türkayın anası da olub.
Qeyd edək ki, Alperlə Tuvana ötən ay ayrılmışdı. Bu barədə futbolçu İnstaqram hesabında bir status yazmışdı. O, Tuvanadan hörmət və sayğıyla ayrıldığını bildirmişdi.
Ayrılığa səbəb isə futbolçunun aktrisaya xəyanət etməsi göstərilmişdi.
Xatırladaq ki, cütlüyün münasibəti ötən ilin avqustda başlamışdı. Alperlə Tuvana otellərin birindən çıxarkən görüntülənmişdilər.
Gununsesi.info