Ötən il Azərbaycanda 2 min uşaq ölüb

  • By admin
  • 20 İyun 2016 17:15

usaq

 

Ötən il ölkə üzrə 1 yaşa qədər 2000 körpə ölüb. Gununsesi.info Dövlət Statistika Komitəsinin rəsmi internet saytına istinadən xəbər verir ki, il ərzində ölən körpələrdən 1200-i oğlan, 800-i isə qızdır. Ümumilikdə isə diri doğulan 100 nəfərdən 11-i ölüb.
Körpə ölümünün əsas səbəbləri perinatal dövrdə meydana çıxan hallar, tənəffüs orqanlarının xəstəlikləri və anadangəlmə anomaliyalardır (inkişaf qüsurları). 2015-ci ildə bu xəstəliklərdən hər 10 000 nəfər diri doğulana müvafiq olaraq 69, 11, 9 körpə ölüb.
Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,7 yaş, qızlar üçün isə 77,6 yaş olub.(Azvizion.az)